Главная > Dünya > Ermənistanda yoluxanların sayı 120 mini ötdü

Ermənistanda yoluxanların sayı 120 mini ötdü


18-11-2020, 12:17. Разместил: azadses
Ermənistanda son sutkada daha 1 589 nəfərdə koronavirus aşkarlanıb.
''Azad Səs'' xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 120 459-a yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 28 nəfər artaraq 1 839-a çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 469-a yüksəlib. İndiyədək 80 069 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 38 082 aktiv koronavirus xəstəsi var.Report

Вернуться назад