Главная > Dünya > Ermənistan prezidentindən sensasion açıqlama
Ermənistan prezidentindən sensasion açıqlama17-11-2020, 08:11. Разместил: azadses |
Ermənistan prezidenti Armen Sarkisyan ölkədə ağır iqtisadi vəziyyətin olduğunu etiraf edib. ''Azad Səs'' Pravda-az-a istinadən xəbər verir ki, "yaralı iqtisadiyyat böyük sosial problemlərlə yüklənib”, - deyə prezident qeyd edib. Armen Sarkisyan bildirib ki, Dağlıq Qarabağdan Ermənistana köçənlərin böyük axını nəticəsində ölkədə humanitar faciə baş verib. Koronavirus pandemiyası ilə bağlı ağır vəziyyət paralellik təşkil edir. Ermənistan prezidenti həmçinin əlavə edib ki, müharibəni uduzmaq olar, amma millət kimi uduzmaq yolverilməzdir. A.Sarkisyan eləcə də xüsusən ölkənin hüquq-mühafizə sistemini qanun çərçivəsində hərəkət etməyə çağırdı. "Hüquq-mühafizə orqanlarına müraciət edirəm - bu gün sizin qarşınızda ölkədə asayişi təmin etmək, güclü, qətiyyətli olmaq kimi böyük məsuliyyət dayanır. Qanundan və qanunilikdən hər hansı sapma, hər hansı pozuntu qəbuledilməz və bağışlanılmazdır. Sizi qanuna riayət etməyə və qanuniliyi qorumağa çağırıram", - o deyib.Report Вернуться назад |