Главная > Dünya > ÜST rəhbəri: “Peyvənd COVID-19 pandemiyasını dayandırmayacaq”
ÜST rəhbəri: “Peyvənd COVID-19 pandemiyasını dayandırmayacaq”17-11-2020, 08:04. Разместил: azadses |
“SARS-CoV-2 virusuna qarşı peyvənd təkbaşına pandemiyanı dayandıra bilməz”. ''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri “Twitter” hesabında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus yazıb. “Bu, ölüm hallarının sayını azaltmağa imkan verəcək, ancaq “virusun hərəkət etməyə yeri qalır”. Lap əvvəldən bilirdik ki, pandemiyaya nəzarət etmək üçün peyvənd vacib olacaq. Ancaq başa düşməliyik ki, peyvənd digər alətləri tamamlayacaq, onları əvəz etməyəcək”, - deyə ÜST rəhbəri bildirib. Вернуться назад |