Главная > Dünya > Ermənistan müxalifəti Paşinyanın qatıldığı iclası boykot edib
Ermənistan müxalifəti Paşinyanın qatıldığı iclası boykot edib16-11-2020, 15:01. Разместил: azadses |
Ermənistanın hakim “Mənim addımım” fraksiyasının təşəbbüsü ilə baş nazir Nikol Paşinyan parlamentin növbədənkənar iclasında çıxış edib. ''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb. Amma parlamentdəki müxalifət deputatları iclası boykot edib. N.Paşinyan deyib ki, iclasda müxalifətin iştirak etməməsindən təəssüflənir: “Onları maraqlandıran suallara cavab almaları üçün yaxşı imkan yaranıb”. Qeyd edək ki, milyonçu deputat Qaqik Sarukyanın başçılıq etdiyi Çiçəklənən Ermənistan Partiyası parlamentdə ən əsas müxalif fraksiyaya məxsusdur. Вернуться назад |