Главная > Dünya > Ermənistanda Paşinyanı tənqid edən deputat ölümlə hədələnir

Ermənistanda Paşinyanı tənqid edən deputat ölümlə hədələnir


16-11-2020, 09:40. Разместил: azadses
Ermənistanın ombudsmanı Arman Tatoyan bəyan edib ki, baş nazir Nikol Paşinyanı tənqid edən “Mənim addımım” blokundan olan deputatlardan biri ölümlə hədələnib. 
“RİA Novosti” xəbər verir ki, bununla bağlı Tatoyan özünün “Facebook” hesabında məlumat yayıb. 
O bildirib ki, deputat özü ombudsmana müraciət edib. 
Tatoyanın sözlərinə görə, polis dərhal deputatların təhlükəsizliyini təmin etmək üçün addımlar atmalıdır. 
Qeyd edək ki, Paşinyan “divar dibində ulayan” adlandırdığı rəqibləri ilə məsələni həll etmək üçün cəbhədəki əsgərləri İrəvanda gözlədiyini açıqlayıb.
Bundan sonra onun “Mənim addımım” partiyasından olan üç deputat istefa ilə bağlı qərar veriblər.Oxu.az


Вернуться назад