Главная > Dünya > Döyülən erməni spiker əməliyyat olundu

Döyülən erməni spiker əməliyyat olundu


13-11-2020, 16:43. Разместил: azadses
Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan əməliyyat olunub.
 
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üçtərəfli bəyanata etirazlar zamanı döyülərək ağır xəsarətlər alan Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan daha bir əməliyyat keçirib.
 
Bu barədə spikerin köməkçisi Vahan Kostanyan bildirib. O qeyd edib ki, A.Mirzoyanın üzündə, baş və qol nahiyələrində ağır xəsarətlər olsa da, spikerin həyatı üçün hər hansı bir təhlükə yoxdur.
 
V.Kostanyan əlavə edib ki, Ararat Mirzoyan tezliklə səhhəti və ölkədəki vəziyyətlə bağlı bəyanatla çıxış edəcək.



Вернуться назад