Главная > Dünya > Məhkəmə Paşinyanın əleyhinə qərar çıxardı
Məhkəmə Paşinyanın əleyhinə qərar çıxardı13-11-2020, 11:37. Разместил: azadses |
Yerevanda məhkəmə etiraz aksiyaları ilə əlaqədar saxlanılmış müxalif siyasətçi, “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qagik Tsarukyanı azad edib. Modern.az erməni KİV-lərinə istinadən məlumatına görə, bunu siyasətçinin vəkili bildirib. Onun sözlərinə görə, məhkəmə Q.Tsarukyanın saxlanılmasını qanunsuz hesab edib. Xatırladaq ki, Ermənistan noyabrın 10-da Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatı imzaladıqdan sonra ölkədə etiraz aksiyaları başlayıb. Aksiya zamanı onlarla şəxs, o cümlədən müxalifət liderləri saxlanılıb. Вернуться назад |