Главная > Dünya > Ermənistanda koronavirusa yoluxanların sayı 114 mini ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 114 mini ötdü


13-11-2020, 10:38. Разместил: azadses
Ermənistanda daha 1 703 nəfərdə koronavirus aşkarlanıb.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 114 383-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 29 nəfər artaraq 1 697-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 440-a yüksəlib. İndiyədək 72 116 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 40 130 aktiv koronavirus xəstəsi var.

Вернуться назад