Главная > Dünya > Vladimir Zelenski ölkədəki əsas xəbərləri ukraynalılara özü çatdıracaq

Vladimir Zelenski ölkədəki əsas xəbərləri ukraynalılara özü çatdıracaq


13-11-2020, 08:36. Разместил: azadses
Ukrayna prezidenti Vladimir Zelenski ukraynalılara əsas hadisələr haqqında danışacaq.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı özü bildirib.
Bu halda ölkə rəhbəri təsdiqlənməmiş manipulyasiyalar və yalanlar kimi yeni formatı müəyyən edib.
"Telekanallarda ayrı-ayrı nüfuzlu iş adamlarımız və siyasətçilərimiz barədə xoş xəbərlər ya yoxdur, ya da müsbət xəbərlər təəssüf ki, mənfiyə çevrilir. Ağa tez-tez qara deyilir", - Zelenski ''Telegram''
 kanalında yayımladığı videoda deyib.
O, qeyd edib ki, sələflərindən fərqli olaraq, şəxsi telekanala və ya başqa KİV-ə malik deyil. "Buna görə qərara aldım ki, iş günü hadisələrindən vasitəçilərsiz, manipulyasiyalarsız və əsas isə yalan olmadan özüm danışım", - dövlət başçısı vurğulayıb.

Вернуться назад