Главная > Dünya > Azərbaycandan Gürcüstana səfər edənlərin sayı kəskin azalıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı kəskin azalıb


12-11-2020, 12:25. Разместил: azadses
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Gürcüstana 287 275 nəfər səfər edib.
''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətdə 1 002 096 nəfər və yaxud 77,7% azdır.
On ay ərzində Gürcüstanın qəbul etdiyi beynəlxalq ziyarətçilərin ümumi sayı isə illik müqayisədə 79,4% azalaraq 1 649 547 nəfər təşkil edib.

Вернуться назад