Главная > Dünya > Ermənistan MTX-nin keçmiş direktoru saxlanılıb
Ermənistan MTX-nin keçmiş direktoru saxlanılıb12-11-2020, 11:47. Разместил: azadses |
Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru, müxalifət olan Vətən Partiyasının sədri Artur Vanesyan saxlanılıb. ''Report'' Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənstanın keçmiş xarici işlər naziri, həmin partiyanın nümayəndəsi Vardan Voskanyan bildirib. Bildirilib ki, o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları tərəfindən saxlanılıb. Qeyd edək ki, noyabrın 11-də Ermənistan müxalifəti Yerevanda Azadlıq meydanın noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin atəşkəslə bağlı birgə bəyanatına etiraz akisyası keçirib. A.Vanesyan 2018-2019-cu illərdə xidmətin direktoru işləyib. O, xarici dövlətlərdən birinin casusu olmaqda şübhəli bilinir. Вернуться назад |