Главная > Dünya > Gürcüstanda daha bir nazir koronavirusa yoluxub

Gürcüstanda daha bir nazir koronavirusa yoluxub


12-11-2020, 09:26. Разместил: azadses
Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşviliyə koronavirus diaqnozu qoyulub.
''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, nazir özünü hazırda yaxşı hiss edir.
L.Davitaşvili evdə müalicə olunur və distant iş rejiminə keçib. Onun təmasda olduğu bütün şəxslər özlərini təcrid ediblər.
Qeyd edək ki, bundan öncə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnavada da COVID-19 aşkarlanıb, təhsil naziri Mixeil Çxenkeli isə yoluxma şübhəsi ilə özünütəcridə keçib.

Вернуться назад