Главная > Dünya > Ciddədə partlayış olub, yaralananlar var

Ciddədə partlayış olub, yaralananlar var


11-11-2020, 15:23. Разместил: azadses
Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki qeyri-müsəlmanlara aid qəbiristanlıqda baş verən partlayış nəticəsində azı 4 nəfər xəsarət alıb.
''Report'' xarici KİV-ə istinadən xəbər verir ki, qəbiristanlıqda anım günü (Birinci Dünya müharibəsində həlak olmuş hərbçilərin xatirə günü) mərasimi zamanı qumbara atılıb. Mərasimdə Fransanın baş konsulu da daxil olmaqla Avropa ölkələrinin diplomatları iştirak edib.
Yunanıstan hökumətindən bildiriblər ki, aralarında onların da nümayəndələri olan həmin dörd nəfər yüngül xəsarət alıb.
Xatırladaq ki, ötən ay Ciddədəki Fransa Baş Konsulluğunun mühafizəçisi bıçaqlı hücuma məruz qalmışdı. Fransada Məhəmməd peyğəmbərin karikaturası dərc edildikdən sonra bu ölkə bir çox dindar müsəlmanların hədəfinə çevrilib.

Вернуться назад