Главная > Dünya > Ermənistan rəhbərliyi çıxış yolu axtarır

Ermənistan rəhbərliyi çıxış yolu axtarır


9-11-2020, 13:10. Разместил: azadses
Qarabağ döyüşlərində ardıcıl uğursuzluqlar səbəbindən Ermənistan ordusunda yaranmış ruh düşkünlüyü və psixoloji sarsıntı ölkə rəhbərliyini də ciddi şəkildə narahat edib. Belə ki, rəhbərlik hərbçilər üçün qısamüddətli və uzunmüddətli sosial-psixoloji dəstəklə bağlı tədbirlər görüləcəyini açıqlayıb.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Ermənistan hakimiyyəti hərbi personal üçün sosial və psixoloji dəstək proqramı hazırlayacaq. Bu barədə respublikanın əmək və sosial işlər naziri Zaruhi Batoyan parlamentdə deputatların suallarını cavablandırarkən bildirib.
 
Proqram idarələrarası komissiya tərəfindən tərtib ediləcək. Bu onu göstərir ki, erməni hərbi-siyasi rəhbərliyi ölkədə yürütdüyü destruktiv siyasətin fəsadlarının artıq fərqindədir və bu nəticələrin aradan qaldırılması üçün hələ uzun zamana ehtiyac olacaq.

Вернуться назад