Главная > Dünya > Rusiyada əsgər balta ilə 3 hərbçini öldürüb

Rusiyada əsgər balta ilə 3 hərbçini öldürüb


9-11-2020, 10:39. Разместил: azadses
Rusiyanın Voronej şəhərində “Baltimor” aerodromunda müddətli əsgərin öz yoldaşlarına balta ilə hücumu nəticəsində azı 3 hərbçi ölüb.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, Rusiya İstintaq Komitəsinin yerli hərbi bölməsi də faktı təsdiqləyib.
Hadisənin səbəbi açıqlanmayıb.
Bununla belə yerli KİV-in məlumatına görə, noyabrın 9-da həmin əsgər balta ilə öz əsgər yoldaşlarına hücum edib. İddia olunur ki, onlardan birindən avtomat silahı alaraq atəş açıb.
Qeyd olunur ki, ölənlərdən 2-si zabit, 1-i əsgərdir.

Вернуться назад