Главная > Dünya > Ermənistanda bir gündə 26 nəfər COVID-19-dan ölüb

Ermənistanda bir gündə 26 nəfər COVID-19-dan ölüb


8-11-2020, 10:07. Разместил: azadses
Ermənistanda daha 2 175 nəfərdə koronavirus aşkarlanıb.
''Azad Səs'' Report -a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 106 424-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 26 nəfər artaraq 1 559-a çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 405-ə yüksəlib.
İndiyədək 64 179 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 40 281 aktiv koronavirus xəstəsi var.

Вернуться назад