Главная > Dünya > Ermənistanda koronavirusa yoluxanların sayı 100 mini ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 100 mini ötdü


6-11-2020, 10:28. Разместил: azadses
Ermənistanda daha 2 210 nəfərdə koronavirus aşkarlanıb.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
 Bununla da Ermənistanda virusa yoluxanların sayı 101 773-ə yüksəlib.
 
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 30 nəfər artaraq 1 506-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 397-a yüksəlib. İndiyədək 61 782 nəfər infeksiyadan sağalıb.
 
Hazırda Ermənistanda 38 088 aktiv koronavirus xəstəsi var.


Вернуться назад