Главная > Dünya > Tramp və Bayden hansı ştatlarda öndədir?
Tramp və Bayden hansı ştatlarda öndədir?4-11-2020, 08:24. Разместил: azadses |
TASS xəbər verir ki, seçkidə qələbə qazanmaq üçün namizəd seçicilər şurasının 538 səsindən 270-nin səsini qazanmalıdır. Proqnozlara əsasən, Tramp Alabama (9 nümayəndə), Arkanzas (6 nümayəndə), Qərbi Virciniya (5 nümayəndə), İndiana (11 nümayəndə), Kentukki (8 nümayəndə), Missisipi (6 nümayəndə), Missuri (10 nümayəndə), Tennesi (11 nümayəndə), Cənubi Karolina (9 nümayəndə) statlarında üstünlük qazanıb. Yerli KİV-lərə görə, Bayden isə Vermont (3 nümayəndə), Virciniya (13 nümayəndə), Delaver (3 nümayəndə), İllinoys (20 nümayəndə), Konnektikut (7 nümayəndə), Massaçusets (11 nümayəndə), Merilend (10 nümayəndə), Nyu-Cersi (14 nümayəndə), Rod-Aylend (4 nümayəndə) ştatında və Kolumbiya bölgəsində (3 nümayəndə) üstünlük əldə edib. Qalan ştatlarda son nəticələrə gəlnməyib və hazırkı məlumatlar açıqlanır. Belə ki, Bayden Miçiqan (16 nümayəndə), Şimali Karolina (15 nümayəndə), Pensilvaniya (20 nümayəndə), Kanzas (6 nümayəndə) və Nyu-Qempşir (4 nümayəndə) ştatlarında, Tramp isə Corciya (14 nümayəndə), Florida (29 nümayəndə) və Oklahoma (7 nümayəndə) ştatınlarında üstündür. Texasda (38 nümayəndə) lider bir neçə dəfə dəyişib, hazırda Demokratların nümayəndəsi Bayden bu ştatda üstündür.Oxu.az Вернуться назад |