Главная > Dünya > Azərbaycanlı müxalifətçi Gürcüstan DTX-ya çağırılıb

Azərbaycanlı müxalifətçi Gürcüstan DTX-ya çağırılıb


3-11-2020, 11:54. Разместил: azadses
Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının fəalı Rafiq Orucov ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.
''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, bu barədə DTX-dan bildirilib.
Qeyd olunub ki, həmin şəxs oktyabrın 31-də Tbilisidə müxalifətin Rustaveli prospektində keçirdiyi aksiyada iştirak edib və onun avtomobilində elektroşoker aşkarlanıb.
Faktla bağlı istintaq aparılır.
R.Orucov istintaq çərçivəsində sorğu-sual olunacaq.

Вернуться назад