Главная > Dünya > Dağıntılar altından daha bir uşaq xilas edildi

Dağıntılar altından daha bir uşaq xilas edildi


3-11-2020, 11:46. Разместил: azadses
Türkiyənin İzmir şəhərində oktyabrın 30-da baş verən zəlzələnin dağıntıları altından bir azyaşlı da sağ-salamat çıxarılıb.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, zəlzələdən 90 saat sonra azyaşlının sağ olduğu müəyyən edilib.
Xilasedicilər onu dağıntıların altından çıxara biliblər. Onlar ətrafdakı insanların alqış sədaları ilə balaca Ayla Gezgini tibbi yardım maşınına qoyaraq xəstəxanaya yola salıblar.
Xatırladaq ki, dağıntılar altından 65 saat sonra üç yaşlı Elif Perinçek sağ çıxarılıb. //Oxu.az


Вернуться назад