Главная > Dünya > Trampın istefaya göndərəcəyi yüksək vəzifəli şəxslərin siyahısı hazırlandı

Trampın istefaya göndərəcəyi yüksək vəzifəli şəxslərin siyahısı hazırlandı


2-11-2020, 12:31. Разместил: azadses
ABŞ Prezidenti Donald Tramp ikinci müddətə seçiləcəyi təqdirdə rəhbərlikdə böyük dəyişiklik etməyi planlaşdırır.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, “Politico” nəşri yazır ki, ilk növbədə səhiyyə və kəşfiyyatla əlaqəli qurumların rəhbərləri vəzifəsindən kənarlaşdırıla bilər.
Mənbə yazır ki, ilk növbədə səhiyyə və sosial xidmətlər naziri Aleks Azar, xəstəliklərin nəzarəti və profilaktikası üzrə federal mərkəzlərinin rəhbəri Robert Redfild, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) başçısı Gina Haspel və Pentaqon rəhbəri Mark Esper vəzifələrindən azad edilə bilər.
Ağ Evin mətbuat katibinin müavini Cadd Dir “Politico”ya açıqlamasında bildirib ki, hökumət hazırda kadr dəyişikliyi ilə bağlı açıqlama vermək niyyətində deyil.


Вернуться назад