Главная > Dünya / İdman > Ermənistan koronavirusdan ölənlərin sayına görə liderlər sırasındadır

Ermənistan koronavirusdan ölənlərin sayına görə liderlər sırasındadır


2-11-2020, 11:53. Разместил: azadses
Ermənistan 100 min nəfərə düşən koronavirusdan ölənlərin sayına görə dünyada 4-cü yerdədir.
''Report'' RBK-ya istinadən xəbər verir ki, bu, Avropada Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzinin hesabatında açıqlanıb.
Bildirilib ki, Ermənistanda 100 min nəfərə COVİD-19-dan 6,19 ölən düşür.
Bu istiqamətdə Çexiya ötən həftə 11,02 ölüm hadisəsi ilə lider olub. İkinci yerdə Andorra (7,88), 3-cü yerdə Belçika (6,81), 5-ci sırada isə Monteneqrodur (6,11).
Qeyd edək ki, Ermənistanda koronavirusdan 1 391 nəfər ölüb, 93 448 nəfər bu virusa yoluxub.

Вернуться назад