Главная > Dünya > Almaniyada karantin rejimi qüvvəyə minib

Almaniyada karantin rejimi qüvvəyə minib


2-11-2020, 11:36. Разместил: azadses
Almaniyada yeni növ koronavirusla (COVID-19) mübarizə məqsədilə bu gündən başlayaraq noyabr ayının sonuna kimi karantin rejimi tətbiq olunacaq.
''Azad Səs'' Redaktor.az-a istinadən verdiyi xəbər verir ki, karantin rejiminin tətbiqini Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkel elan edib.
O, yenidən qaydaların sərtləşdirilməsinin qaçılmaz olduğunu bildirib. 
A.Merkel vurğulayıb ki, hələ səhiyyə sistemi öhdəliklərinin öhdəsindən tam gəlsə də artan xəstə sayının fonunda bir neçə həftə sonra imkanlar tükənə bilər.
Yeni karantin qaydaları teatr, fitnes-klub, turistik məkanları və insanların kütləvi toplandığı digər məkanların bağlanmasını nəzərdə tutur. Məhdudlaşdırma tədbirləri məktəb və uşaq bağçalarını, gözəllik salonları və mağazaları əhatə etmir. //APA

Вернуться назад