Главная > Dünya > Kanadada silahlı hücum olub, ölənlər və yaralananlar var

Kanadada silahlı hücum olub, ölənlər və yaralananlar var


1-11-2020, 12:49. Разместил: azadses
Kanadanın Kvebek şəhərində soyuq silahla silahlanmış şəxs insanlara hücum edib.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, bu barədə 
“Radio Canada” radiostansiyası məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində azı 2 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.
Kvebek polisi özünün ''Twitter''dəki səhifəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını bildirib.

Вернуться назад