Главная > Dünya > Məşhur muzey Trampın firuqunu zibil qutusuna yerləşdirdi

Məşhur muzey Trampın firuqunu zibil qutusuna yerləşdirdi


31-10-2020, 09:19. Разместил: azadses
Berlində yerləşən məşhur “Madam Tyusso” muzeyi ABŞ Prezidenti Donald Trampın fiqurunu zibil qutusuna yerləşdirib.

''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Almaniyanın “Stern” nəşri məlumat yayıb. 

Muzeydən bildirilib ki, ABŞ-da prezident seçkiləri ərəfəsində belə bir aksiya rəmzi xarakter daşıyır.

“Madam Tyusso” muzeyi olaraq biz ehtiyat tədbiri kimi Donald Trampın fiqurunu yığışdırmaq qərarına gəldik”, - açıqlamada qeyd edilib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də baş tutacaq.

Вернуться назад