Главная > Dünya > Fransa səfirliyindən Rusiyaya müraciət

Fransa səfirliyindən Rusiyaya müraciət


30-10-2020, 15:39. Разместил: azadses
Fransanın Moskvadakı səfirliyi Rusiya səlahiyyətlilərindən Rusiya Federasiyasındakı bütün nümayəndəliklərində təhlükəsizlik tədbirlərini gücləndirmələrini xahiş edib.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “TASS”a diplomatik nümayəndəliyin Mətbuat xidmətindən məlumat verilib.
“Rusiya səfirlikləri qarşısındakı mitinqlərdən və Ciddədəki hücumdan sonra Fransanın maraqlarına qarşı artan təhlükə barədə Rusiya səlahiyyətlilərinə, rusiyalı partnyorlarımıza məlumat verdik. Bütün Fransa nümayəndəlikləri üçün təhlükəsizlik tədbirlərini gücləndirmələrini xahiş etdik”, - deyə bildirilib.


Вернуться назад