Главная > Dünya > Hakim fraksiya Ermənistan parlamentinin işini pozub
Hakim fraksiya Ermənistan parlamentinin işini pozub28-10-2020, 12:11. Разместил: azadses |
Yetərsay olmadığı üçün Ermənistan parlamentinin iclası keçirilməyib. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, məlumatı “Aysor” yayıb. Bildirilib ki, yetərsay hakim “Mənim addımım” fraksiyasının iştirak etməməsi səbəbindən olmayıb. Fraksiyanın başçısı Lilit Makuns bildirib ki, hökumətin bütün üzvləri bu həftə gərgin işləyiblər: “Fraksiya hökumətin əlavə yüklənməməsi üçün belə bir qərar qəbul edib”. Qeyd edək ki, həftədə bir dəfə parlamentdə hökumət saatı keçirilir. Nazirlər Kabineti gördüyü işlərlə bağlı deputatlara hesabat verir. Hakim fraksiyanın bu qərarını Ermənistan hakimiyyətindəki gərginliklə də əlaqələndirmək olar. Son günlər güc strukturlarında baş verən kadr dəyişikliyi də bunu təsdiqləyir. Fraksiyanın bu barədə qərarı gözlənilməz olub. Onlar iclasda iştirak etməyəcəklərinə dair qərarı müxalifətə bildirməyiblər. İşıqlı Ermənistan Pariyasının sədri, deputat Edmon Marukyan hakim fraksiyasının bu davranışına etiraz edib. Вернуться назад |