Главная > Dünya > Rəsmi Moskvadan Türkiyənin münaqişənin həllində iştirakına münasibət
Rəsmi Moskvadan Türkiyənin münaqişənin həllində iştirakına münasibət27-10-2020, 13:11. Разместил: azadses |
“Hər hansı bir ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakını Azərbaycanla Ermənistan razılaşdırmalıdır”. ''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin Dağlıq Qarabağla bağlı danışıqların növbəti mərhələsində mümkün iştirakı ilə bağlı sualı cavablandırarkən deyib. “Burada yalnız iki tərəfin yanaşması vacibdir, münaqişə tərəfləri - Azərbaycan və Ermənistanı nəzərdə tuturam. Bu və ya digər dövlətin həll prosesində iştirakına yalnız münaqişə tərəfləri razılıq verə bilər”,- deyə Peskov qeyd edib. Вернуться назад |