Главная > Dünya > Arnold Şvartseneger növbəti dəfə əməliyyat olundu

Arnold Şvartseneger növbəti dəfə əməliyyat olundu


24-10-2020, 14:18. Разместил: azadses
Amerikalı aktyor və Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartseneger növbəti dəfə ürək əməliyyatı olunub.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində yazıb.
Aktyor bildirib ki, Klivlend klinikasında həkimlər ona yeni aorta qapağı qoyublar.
“Mən özümü fantastik hiss edirəm və artıq Klivlend küçələrində gəzirəm”, - deyə o, klinikanın həkim və tibb bacılarına da təşəkkürünü bildirib.
Qeyd edək ki, Şvartseneger 2018-ci ilin mart ayında altıncı ürək əməliyyatı zamanı ölümdən dönüb.


Вернуться назад