Главная > Dünya > Ermənistanda günlük yoluxma 2500-ə çatır

Ermənistanda günlük yoluxma 2500-ə çatır


23-10-2020, 10:30. Разместил: azadses
Ermənistanda son sutka ərzində daha 2474 nəfərdə COVID-19 aşkarlanması ilə gündəlik yoluxma sayında yeni rekord qeydə alınıb.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bununla Ermənistanda koronavirusa yoluxanların sayı 73 min 310 nəfərə çatıb.
Daha 14 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 1145-ə çatıb.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.


Вернуться назад