Главная > Dünya > Afrikada çoxmərtəbəli kilsə çökdü: Ölənlər var

Afrikada çoxmərtəbəli kilsə çökdü: Ölənlər var


23-10-2020, 08:21. Разместил: azadses
Qərbi Afrikada yerləşən Qananın Estern vilayətində altı mərtəbəli kilsə binası çöküb. 

''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “Haber Global” məlumat yayıb. 

Vilayətin Mansi Akroso bölgəsində baş verən adisə nəticəsində 18 nəfər ölüb, 8 nəfər isə sağ xilas edilib. 

Bildirilib ki, çökmə zamanı kilsədə 60-dan çox insan olub, dağıntılar altında qalanların xilas edilməsi üçün axtarış işləri aparılır. 

Ölü sayının artacağı istisna edilmir.


Вернуться назад