Главная > Dünya > “Rusiya ordusunun Qarabağda istifadəsi planlaşdırılmır”
“Rusiya ordusunun Qarabağda istifadəsi planlaşdırılmır”22-10-2020, 16:55. Разместил: azadses |
“Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır, bu mövqe Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılıb, münaqişənin həllində müsbət nəticə əldə etmək üçün görülən tədbirlər kifayətdir”. ''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması Müdafiə Komitəsi sədrinin birinci müavini Andrey Krasov “RİA Novosti”yə bildirib. Bundan əvvəl Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitə sədrinin birinci müavini Konstantin Zatulin NSN-ə verdiyi müsahibədə Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətə reaksiya verməsinin bir variantı kimi desant əməliyyatını təklif etdiyini açıqlamışdı. “Konstantin Zatulinə yuxarıdakı şərhi vermək səlahiyyəti verilməyib, bunun Dövlət Duması və Dövlət Dumasının Müdafiə Komitəsinin rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur. Hazırda Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağ münaqişəsi zonasında istifadə planları yoxdur. Bu mövqe Rusiya Federasiyası Müdafiə Nazirliyi ilə razılaşdırılıb”, - deyə Krasov qeyd edib. Krasov Dövlət Dumasının rəsmi mövqeyini yalnız onun sədri və ya onun adından müavinləri və ya ixtisaslaşdırılmış komitənin ifadə edə biləcəyini bildirib. O, Rusiya Prezidenti Vladimir Putin, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və Rusiya Müdafiə Nazirliyi Sergey Şoyqunun bu münaqişənin həlli, hərbi əməliyyatların dayandırılması və vəziyyətin dinc danışıqlar prosesinə köçürülməsi üçün bütün lazımi tədbirləri gördüklərini xatırladıb. Вернуться назад |