Главная > Dünya > Ermənistanda bir gündə 2 mindən çox insanda COVID-19 aşkarlandı

Ermənistanda bir gündə 2 mindən çox insanda COVID-19 aşkarlandı


22-10-2020, 10:01. Разместил: azadses
Ermənistanda daha 2 297 nəfərdə koronavirus aşkarlanıb.
''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 70 836-a yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 1 131-ə çatıb. İndiyədək 49 787 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 19 591 aktiv koronavirus xəstəsi var.

Вернуться назад