Главная > Dünya > Gürcüstanda banka silahlı basqın olub, girov götürülənlər var

Gürcüstanda banka silahlı basqın olub, girov götürülənlər var


21-10-2020, 14:21. Разместил: azadses
Gürcüstanın Zuqdidi şəhərində “Gürcüstan Bankı”nın filialına silahlı basqın edilib.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, naməlum şəxsin avtomat və qumbara ilə silahlandığı bildirilir.

Yayılan məlumatlara əsasən, bankın əməkdaşları və müştərilər girov götürülüb.

Hadisə yerinə polis və xüsusi təyinatlılar cəlb olunub.

Вернуться назад