Главная > Dünya > Özbəkistanda yeni qaz yatağı aşkarlandı
Özbəkistanda yeni qaz yatağı aşkarlandı16-10-2020, 17:06. Разместил: azadses |
ABŞ-ın “Epsilon Development Company” şirkəti Özbəkistanın cənubundakı Qaşqadərya vilayəti ərazisində aparılan kəşfiyyat qazma işləri nəticəsində oktyabr ayının 14-də 17,2 milyard kubmetr təbii qaz və 1 mln 072 min ton qaz kondensatı həcmində dəyərləndirilən ehtiyata malik yataq aşkarlanıb. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, şirkət bu barədə “Facebook” səhifəsində bildirərək yatağın ehtiyatlarını dəqiqləşdirmək üçün işlər apardıqları qeyd olunur. Qeyd edək ki, 2019-cu ilin mart ayında “Epsilon” ilə Honq Konqun “Epsilon Asia Limited” şirkəti arasında Özbəkistanın Buxara – Xivə və Fərqanə bölgələrindəki beş neft-qaz yataqlar blokunun istismarı üçün konsorsium yaradıblar. Bu konsorsium tərəfindən 2019-2023-cü illər ərzində layihəyə yatırılan sərmayələrin 5,2 milyard ABŞ dolları həcmində olduğu bildirilir. Вернуться назад |