Главная > Dünya > Ermənistanda koronavirus rekordu - Daha 1371 nəfər yoluxdu

Ermənistanda koronavirus rekordu - Daha 1371 nəfər yoluxdu


15-10-2020, 10:08. Разместил: azadses
Ermənistanda daha 1 371 nəfərdə koronavirus aşkarlanıb.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
 
Bununla da Ermənistanda virusa yoluxanların sayı 59 995-ə yüksəlib.
 
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 1 039-a çatıb. İndiyədək 46 119 nəfər infeksiyadan sağalıb.
 
Hazırda Ermənistanda 11 519 aktiv koronavirus xəstəsi var.
 
Xatırladaq ki, ötən gün Ermənistanda 1 058 yoluxma, 7 ölüm faktı qeydə alınmışdı.

Вернуться назад