Главная > Dünya > Qırğızıstana yeni Baş nazir təyin olundu

Qırğızıstana yeni Baş nazir təyin olundu


15-10-2020, 08:45. Разместил: azadses
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Sadır Jarapovun ölkənin Baş Naziri vəzifəsinə təyin olması barədə Fərman imzalayıb.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti”yə dövlət başçısının Mətbuat xidmətindən məlumat verilib.
 
“Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov oktyabrın 14-də “Qırğız Respublikası Baş Nazirinin və hökumət üzvlərinin təyin edilməsi haqqında” Fərman imzalayıb", - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.
 
Daha əvvəl Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Baş Nazir Kubatbek Boronovu istefaya göndərmişdi. 


Вернуться назад