Главная > Dünya > Ermənilər fransız jurnalistləri koronavirus yaymaqda günahlandırır

Ermənilər fransız jurnalistləri koronavirus yaymaqda günahlandırır


14-10-2020, 16:35. Разместил: azadses
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gələn Fransa jurnalistlərinin COVID-19 yayması ilə bağlı Ermənistanda yerli əhali arasında narazı fikirlər formalaşmağa başlayıb.
''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, yerli əhalinin iddialarına görə, Ermənistan və Dağlıq Qarabağa gələn xarici jurnalistlər əsasən koronavirus daşıyıcılarıdır, bu isə müharibə vəziyyətində çətinlik yaradıb.
Qeyd edək ki, Ermənistanda son sutkada daha 1 058 nəfər COVID-19-a yoluxub. Bununla da yoluxanların sayı 58 624 nəfərə çatıb.


Вернуться назад