Главная > Dünya > Məşhur bacılardan erməni terrorizmini dəstəkləyən Kardaşyana etiraz - FOTO

Məşhur bacılardan erməni terrorizmini dəstəkləyən Kardaşyana etiraz - FOTO


12-10-2020, 09:05. Разместил: azadses
Bir neçə həftədir işğalçı Ermənistanın Azərbaycana qarşı son təxribatları dünya şou-biznesinə də təsirsiz ötüşməyib.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, əslən Ermənistandan olan Amerikanın realiti-şou qəhrəmanı Kim Kardaşyan bacısı Kloe ilə birgə erməni terrorizmini, uşaq ölümlərini dəstəkləyən postlar paylaşıb. Kardaşyanlar həmçinin dünyaca məşhur simalara da müraciət edərək sözügedən “kampaniya”ya qoşulmalarını rica ediblər.
Əvvəlcə model Naomi Kembel, rep ifaçısı Kardi B, Elton Con və başqaları Azərbaycan əleyhinə postlar paylaşsalar da, daha sonra sözügedən statusları siliblər.
Kardaşyanın terroru dəstəkləməsinə dünya ulduzlarından ilk etiraz edən isə əslən Fələstindən olan məşhur Bella və Gigi Hadid bacıları olub.
“Viktoriya Sekret”in modelləri Kardaşyan aqressiyanı təbliğ etdiyi üçün onu instaqramda “unfollow” ediblər.
Bunun əsas səbəblərindən biri də Gigi Hadidin sevgilisi, əslən Pakistandan olan Zeyn Malikin bacısı Saşanın erməni hücumlarına geniş yer verməsi və reallığı göstərməsidir. 



Вернуться назад