Главная > Dünya > Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək mitinqi keçirir

Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək mitinqi keçirir


10-10-2020, 14:32. Разместил: azadses
Gürcüstanın Marneuli rayonunun mərkəzində Azərbaycana dəstək mitinqi keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, “Qarabağ Azərbaycandır!” şüarlı aksiyaya Marneuli ilə yanaşı, Tbilisi, Rustavi şəhərləri, Qardabani, Bolnisi, Dmanisi və digər bölgələrdə yaşayan soydaşlarımız da qatılıb.
Kütləvi mitinq iştirakçıları Azərbaycan dövləti və Ordusuna dəstək şüarları səsləndirirlər.
Mitinqçilər əllərində Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları tutublar.

Вернуться назад