Главная > Dünya > Rusiyadan kapital axını 66% artıb
Rusiyadan kapital axını 66% artıb10-10-2020, 10:00. Разместил: azadses |
Bu ilin yanvar-sentyabr aylarında Rusiyadan kapital axını 35,5 milyard ABŞ dolları təşkil edib. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,5% çoxdur. Xatırladaq ki, 2019-cu ildə Rusiyadan kapital axını 2018-ci ilə nisbətən 57,6% azalaraq 26,7 milyard dollar olub. 2020-ci ilin 9 ayında Rusiyanın xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 64,8 milyard dollar təşkil edib. Bu isə illik müqayisədə 47,4% və yaxud 1,9 dəfə azdır. Вернуться назад |