Главная > Dünya > İctimai nəqliyyatda koronavirusdan qorunmağın ÜSULLARI

İctimai nəqliyyatda koronavirusdan qorunmağın ÜSULLARI


9-10-2020, 08:59. Разместил: azadses
Rusiyanın İstehlakçı hüquqlarının və insanların rifahının müdafiəsinə nəzarət üzrə federal xidmətinin (“Rospotrebnadzor”-red) Epidemiologiya Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Vadim Pokrovski ictimai nəqliyyatda koronavirusdan qorunmağın üsullarını açıqlayıb.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti”i məlumat yayıb.
 
V.Pokrovskinin sözlərinə görə, qoruyucu maskanı metroya və ya avtobus dayanacağına bir neçə yüz metr qalmış geyinmək lazımdır. Çünki orada böyük miqdarda insan toplaşır. Həmçinin ictimai nəqliyyatdan istifadə edərkən qoruyucu maskanı sona qədər çıxarmamaq lazımdır.
 
Bununla yanaşı, ekspert əlcəkdən istifadəni də tövsiyə edib. O, nəqliyyatda istifadə zamanı ətrafdakı predmetlərə mümkün qədər az toxunmağı məsləhət görüb.
 
V.Pokrovskinin sözlərinə görə, nəqliyyatdan istifadə etdikdən sonra ilk imkan olduqda əlləri yumaq lazımdır.


Вернуться назад