Главная > Dünya > Türkiyə mediasından ordumuza DƏSTƏK
Türkiyə mediasından ordumuza DƏSTƏK9-10-2020, 08:13. Разместил: azadses |
Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələri Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış hərbi gərginliklə bağlı Azərbaycana qardaşlıq dəstəyini davam etdirir. ''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, qardaş ölkə KİV-ləri cəbhədəki vəziyyətlə bağlı həqiqətləri ən yeni xəbərlərlə dünya ictimaiyyətinə çatdırır. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı informasiyalar operativ qaydada təqdim olunur. O cümlədən, düşmən ordusunun biabırçı məğlubiyyəti, Paşinyan hökumətinin rəzil vəziyyətinə geniş yer verilir. Oktyabrın 8-də qardaş ölkə mediası Prezident İlham Əliyevin mesajları əsasında təhlillər aparıb, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyənin ali rəhbər şəxslərinin Qarabağ münaqişəsi ilə bağlı qətiyyətli mövqelərini bir daha geniş formatda yayıblar. Məlumatlarda, o cümlədən Türkiyə ictimaiyyətinin Azərbaycana göstərdiyi həmrəyliyə, xalqımızın namərd düşmən hücumlarına qarşı qətiyyətli dayanışına da diqqətlə yanaşılır. Məlumatlarla Anadolu, İHA, DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Büngü TV, CNN türk telekanallarının, habelə “Akşam”, “Təqvim”, “Sözçü”, “Yeni çağ” və s. nüfuzlu qəzetlərin saytlarında tanış olmaq mümkündür. Вернуться назад |