Главная > Dünya > Xaricdə yaşayan soydaşlarımız işğalçı Ermənistana etiraz ediblər
Xaricdə yaşayan soydaşlarımız işğalçı Ermənistana etiraz ediblər8-10-2020, 15:53. Разместил: azadses |
Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı hücuma keçməsinə Azərbaycan ordusunun əks-hücumla cavab verməsi nəticəsində ölkəmizdə yaranmış mövcud durumu xaricdə fəaliyyət göstərən diaspor təşkilatları və soydaşlarımız diqqətlə izləyirlər. ''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Estoniya və Barselonadakı Azərbaycan Evlərində, eləcə də Salonikidəki "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində toplantılar keçirilib. Tədbirlərdə çıxış edən Azərbaycan Evlərinin direktorları Zəhra Qəhrəmanlı və Kərim Kərimov, eləcə də "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov ordumuzun cəbhədəki uğurları, ermənilərin hərbi və informasiya təxribatları barədə ətraflı məlumat veriblər. Toplantılarda sosial media şəbəkələrində və kütləvi informasiya vasitələrində ermənilərin dezinformasiyalarını ifşa etmək, yerli ictimaiyyətə Azərbaycan həqiqətləri barədə dolğun və səhih məlumatlar vermək, ölkəmizə qarşı aparılan əks-təbliğatla mübarizə yolları müzakirə edilib. Beynəlxalq təşkilatlara və yerli dövlət orqanlarına işğalçı Ermənistanın beynəlxalq hüquq normaları və prinsinlərinə uyğun gəlməyən davranışının pislənilməsi, Azərbaycanın haqlı mübarizəsinin dəstəklənməsi məqsədilə müraciətlərin ünvanlanması barədə fikir mübadiləsi aparılıb. Soydaşlarımıza ayıq-sayıq olmaq, erməni təxribatlarına uymamaq tövsiyə olunub. Вернуться назад |