Главная > Dünya > Ərdoğan Küveyt və Qətərə səfər edəcək

Ərdoğan Küveyt və Qətərə səfər edəcək


7-10-2020, 09:16. Разместил: azadses
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Küveyt və Qətərə birgünlük səfərə gedəcək.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, məlumatı Türkiyənin Prezident Administrasiyası yayıb.
 
Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Küveytin mərhum əmiri Şeyx Sabahdan sonra hakimiyyətə gələn əmir Şeyx Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabah ilə görüşəcək.
 
Türkiyə Prezidenti Küveyt səfərindən sonra Qətərə yola düşəcək. O, Qətər əmini Şeyx Təmim bin Hamed əl-Sani ilə görüş keçirəcək.
 
Hər iki görüşdə Türkiyə ilə əlaqələr, əməkdaşlığın inkişafı, regional problemlərə dair məsələlər müzakirə olunacaq.

Вернуться назад