Главная > Dünya > Türkiyə PUA-larının Kanada texnologiyasına ehtiyacı varmı?
Türkiyə PUA-larının Kanada texnologiyasına ehtiyacı varmı?6-10-2020, 10:03. Разместил: azadses |
Türkiyənin ASELSAN müdafiə sənayesi şirkəti “ANKA” zərbə PUA-ları üçün yeni texnologiya hazırlayır. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, söhbət gecə-gündüz çəkiliş etmək imkanına malik olan “Cats HD” kamera sistemlərindən gedir. Məlumata görə, hazırda “Cats HD” hazırlanma prosesindədir. Qeyd olunub ki, hələ uçuş sınaqları 2 il öncə yekunlaşan və daha qabaqcıl xüsusiyyətləri əldə etməsi üçün üzərində işlər aparılan kamera sistemləri yaxın zamanda Türkiyə istehsalı PUA-larda öz əksini tapacaq. Beləliklə, Türkiyə texnologiya sahəsində daha bir xarici asılılıq amilini ortadan qaldıracaq. Xatırladaq ki, ötən gün Kanadanın Xarici İşlər naziri Fransua-Filipp Şampan Türkiyəyə hərbi texnologiyanın ixracına icazəni dayandırmışdı. Bildirilib ki, buna səbəb həmin texnologiyanın Dağlıq Qarabağ münaqişəsində istifadəsi olub. Xarici KİV-də gedən məlumata görə, söhbət Türkiyənin zərbə PUA-larında istifadə olunan Kanadanın “Wescam” şirkətinin kamera sistemlərindən gedir. Türkiyə Xarici İşlər Nazirliyi Kanadanın bu qərarına belə cavab verib: “Ölkəmizə bəzi hərbi avadanlığın ixracının dayandırması Azərbaycanın 30 ildir Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək üçün haqlı mübarizəsinə Kanadanın göstərdiyi ikili standart yanaşmasının nümunəsidir”. Вернуться назад |