Главная > Dünya > Gürcüstanda torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb

Gürcüstanda torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb


2-10-2020, 08:44. Разместил: azadses
Gürcüstanın Acarıstan Muxtar Respublikasının Xelvaçauri rayonunun Kveda Coço kəndində torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İctimai televiziyası yerli sakinlərə istinadən məlumat yayıb. Bildirilib ki, həlak olanların 3-ü yaşadığı evdə, 2-si isə avtomobilində olduğu vaxt 200 metr yüksəklikdən düşən torpaq kütləsinin altında qalıb. Hazırda Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasetmə bölmələrinin ərazidə axtarış xilasetmə tədbirlərini davam etdiyi bildirilir. //APA


Вернуться назад