Главная > Dünya > Hökumət sözçüsü: "Küveyt əmiri sağdır"

Hökumət sözçüsü: "Küveyt əmiri sağdır"


29-09-2020, 17:51. Разместил: azadses
Küveyt hökumətinin sözçüsü Tariq əl-Muzrik ölkə əmiri Sabah əl-Əhməd əl Cabir əs-Sabahın ölüm xəbərini təkzib edib.
“Report” “Sabah”a istinadən xəbər verir ki, əmirin müalicəsi davam edir.
Qeyd edək ki, dünyanın aparıcı xəbər agentlikləri Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın ölümü barədə məlumat yaymışdı. Xatırladaq ki, bu il iyulun 23-də əmir cərahiyyə əməliyyatı keçirib.

Вернуться назад