Главная > Dünya > Dünyada koronavirusdan ölənlərin sayı... - SON RƏQƏMLƏR

Dünyada koronavirusdan ölənlərin sayı... - SON RƏQƏMLƏR


26-09-2020, 17:23. Разместил: azadses
Pandemiyanın başlanğıcından bəri dünyada 994 313 nəfər koronavirusdan ölüb. Bu isə o deməkdir ki, virusa yoluxanların 4 %-i dünyasını dəyişib. 
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, ötən gün 5 818 nəfər pandemiyanın qurbanı olub.
İndiyədək 32 803 482 nəfərə COVID-19 diaqnozu qoyulub. Onların böyük hissəsi – 24 199 670 nəfəri sağalsa da, virusun yayılması səngiməyib. Hazırda dünyada aktiv xəstələrin sayı 7,6 milyonu ötüb.  
Dünyada indiyədək ən çox yoluxma faktı sentyabrın 18-də qeydə alınıb – 322 648 yoluxma. Ən çox ölüm halı isə 5 ay öncə – aprelin 17-də baş verib – 8 513 ölüm.
Koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilən 63 939 pasiyentin vəziyyəti kritikdir.
Hazırda koronavirusun ən geniş yayıldığı ölkələr ABŞ (7 245 723), Hindistan (5 908 748) və Braziliyadır (4 692 579). Bu üç ölkə COVID-19-dan ölüm hallarına görə də liderdirlər. Belə ki, ABŞ-da 208 483, Braziliyada 140 709, Hindistanda isə 93 440 ölümcül virusun qurbanı olub. //Report


Вернуться назад