Главная > Dünya > Türkiyə Prezidenti AVRO-2020-nin final mərhələsinin A qrupundakı oyunlarını Bakıda izləyəcək
Türkiyə Prezidenti AVRO-2020-nin final mərhələsinin A qrupundakı oyunlarını Bakıda izləyəcək16-12-2019, 07:44. Разместил: azadses |
“AVRO-2020-nin final mərhələsinin A qrupunun Bakıda keçiriləcək oyunlarını Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə izləyəcəyəm”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 15-də bir neçə televiziya və radioya verdiyi müsahibəsində bildirib. O, Türkiyə futbolu ilə bağlı danışarkən qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bu matçları birlikdə seyr etməyi düşünür: “Bu oyunlarla bağlı İlham Əliyev qardaşımla da söhbətimiz olub. O, bu matçları birlikdə seyr etməyimiz üçün məni Bakıya dəvət edib. Əminəm ki, bu dəfə uğur Türkiyənin olacaq”. Qeyd edək ki, AVRO-2020-nin final mərhələsinin qrup oyunları gələn il iyunun 12-də start götürəcək. Oyunlar Mərkəzi Avropa vaxtı ilə saat 15:00, 18:00 və 21:00-da başlayacaq. Yarış zamanı Bakı vaxtı ilə Mərkəzi Avropa vaxtı arasında indiki kimi 3 deyil, 2 saat fərqi olacaq. Bu isə o deməkdir ki, qrup mərhələsinin matçları start fiti 17:00, 20:00 və 23:00-da veriləcək. A qrupunun Bakıda təşkil olunacaq üç qarşılaşmasının da başlama vaxtı bəlli olub. Bu görüşlərdən biri - Uels və İsveçrə arasındakı matç 17:00-da başlayacaq. Qonşu Türkiyə millisinin bu yığmalarla oyunları isə 20:00-da start götürəcək. APA Вернуться назад |